SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “İran düşünür ki, yenidən müharibə olacaq”

Politoloq Mübariz Əhmədoğlu deyib ki, İran şirkətləri nə yolla olursa-olsun, cildən-cildə girərək ermənilərə yardım göstərirlər
Sputnik
“İranın Dağlıq Qarabağdakı separatçı ermənilərə yardım etməsi təsadüfi deyil, məcburidir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, İranın Ali dini rəhbərinin müharibənin ilk günlərində fətvası yayıldı: “Bu fətvada ən vacib məsələ Qarabağ ermənilərnini təhlükəsizliyinin təmin olunması məsələsi idi. Ona görə də İran şirkətləri nə yolla olursa-olsun, cildən-cildə girərək ermənilərə yardım göstərirlər. Göndərilən yardımlarn böyük hissəsini yanacaq məhsulları təşkil edir. Bununla separatçıların yanacaq ehtiyatını yaradır və düşünür ki, yenidən müharibə olacaq. İran başa düşür ki, güclü Azərbaycan dövlətinin mövcudluğu onun üçün təhlükədir. İnkişaf edən, güclənən Azərbaycanın qarşısını almaq üçün ən önəmli vasitə erməni məsələsidir. Azərbaycan Qarabağ münaqişəsini həll etməklə İranı ən böyük təsir vasitəsindən məhrum etmiş oldu”.
Mübariz Əhmədoğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz