CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TURKOVAC Azərbaycanda da tətbiq edilə bilər

Türkiyədə koronavirusa qarşı 7 vaksin və 10 dərman hazırlığı üzrə araşdırmalar aparılır. "TURKOVAC" ikinci fazaya qədər uğurla sınaqdan çıxan vaksin hesab edilir.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Türkiyənin koronavirus əleyhinə yerli peyvəndi "TURKOVAC" Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq edilə bilər. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu  Türkiyənin vitse-prezidenti Fuad Oktay "Anadolu" agentliyinə müsahibəsində deyib.
Oktay bildirib ki, "TURKOVAC" vaksinlərinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparılır:
"Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla, bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir".
Vitse-prezident "TURKOVAC"ın bütün dünyada istifadə edilən peyvənd halına gəlməsi və beynəlxalq keyfiyyət əldə etməsi üçün əhəmiyyətli addımların atıldığını vurğulayıb.
Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı 7 vaksin və 10 dərman hazırlığı üzrə araşdırmalar aparılır. "TURKOVAC" ikinci fazaya qədər uğurla sınaqdan çıxan vaksin hesab edilir.
Həmçinin oxuyun:
Vaksinin əks təsiri ilə qarşılaşanların faizi də az deyil - SORĞU