BAKI, 12 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda Belarusa səfər edəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Putinin Minskə oktyabrda səfəri barədə razılığa gəlindiyini deyib.
"Biz qərarların qəbulunda daha çox yüklənməmək üçün onun (Putinin – red. qeydi) bizə, Minskə gəlməsi barədə razılıq əldə etdik. Təqribən oktyabrın 15-də bizdə MDB-nin sammiti keçiriləcək..., biz təfərrüatları müzakirə edəcəyik", - deyə Lukaşenko jurnalistlərə bildirib.
Belarus prezidenti həmçinin bu yaxınlarda Moskvaya səfəri zamanı Rusiyanın 2025-ci ilə qədər Belarusa verəcəyi, bir milyard dollardan artıq dəyəri olan silahların da çeşidinin razılaşdırıldığını bildirib.