Satışa çıxarılan silsiləyə Leonardo da Vinçinin "Madonna Litta", Corcenin "Yudif", Vinsent Van Qoqun "Yasəmən kolu", Vasili Kandinskinin "IV kompozisiya", Klod Monenin "Monjeron bağının guşəsi" kimi sənət əsərlərinin rəqəmsal təsviri daxil olacaq.
Bütün tokenlədirilmiş əsərlər iki nüsxədə yaradılacaq. Bunlardan biri Ermitajda saxlanılacaq, digəri isə hərraca çıxarılıb.
Hər bir tokenin başlanğıc dəyəri BUSD steyblkoində 10000 dollardır. Satışdan əldə edilən gəlir Ermitaj Dövlət Muzeyinə köçürüləcək.
Hərracın qalibləri muzeyin baş direktoru Mixail Piotrovski tərəfindən aldıqları tokenin imzalanması ilə bağlı NFT formatında bir video da əldə edəcəklər. Hərracda bütün Binance istifadəçiləri də iştirak edə bilərlər.
NFT-tokenin hər nüsxəsi unikal olan kriptoqrafik token növüdür. Layihənin məqsədi orijinal rəqəmsal artefaktlara sahib olmaq hüququnu möhkəmləndirməkdir.