BAKI, 12 sentyabr — Sputnik. Pəncşir əyaləti ilə həmsərhəd olan Bağlan əyalətinin Əndərab bölgəsində Taliban* döyüşçüləri ilə Əfqanıstanın Milli müavimət hərəkatı qüvvələri arasında toqquşma baş verib. Bu barədə RİA Novosti-yə bölgə sakini Mücahid Əndərabi məlumat verib.
“Bu səhər müqavimət qüvvələri Əndərabda taliblərlə toqquşublar. Nəticədə 11 talib məhv edilib, bir neçəsi yaralanıb”, - deyə Əndərabi bildirib.
Onun sözlərinə görə, taliblər müqavimət qüvvələrinin qurduğu pusquya düşüblər. Lakin mənbənin müqavimət qüvvələrinin itkiləri barədə məlumatı olmayıb.
Əfqanıstanın yeni hökumətindəki Mədəniyyət komissiyasındakı mənbə isə RİA Novosti-yə müsahibəsində bildirib ki, Pəncşir və Bağlanda hər hansı bir döyüş olmayıb.