CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəmizi təmsil edən poçt markası Beynəlxalq müsabiqənin tamaşaçı səsverməsində liderdir

Avropa Ticarət Assosiasiyasının (PostEurop) "Məhv olmaq təhlükəsi ilə üzləşmiş yerli vəhşi təbiət" mövzusunda təşkil etdiyi "EUROPA 2021" müsabiqəsində ölkəmizi təmsil edən poçt markası ilk beşliyə daxil olub.
Sputnik
BAKI, 11 sentyabr — Sputnik. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinin tabeliyində olan "Azərpoçt" MMC tərəfindən hazırlanmış poçt markası beynəlxalq müsabiqədə birinci mərhələdə liderlik edir.
Sputnik Azərbaycan AZƏRTAC-a bildirilib ki, Avropa Ticarət Assosiasiyasının (PostEurop) "Məhv olmaq təhlükəsi ilə üzləşmiş yerli vəhşi təbiət" mövzusunda təşkil etdiyi "EUROPA 2021" müsabiqəsində ölkəmizi təmsil edən poçt markası ilk beşliyə daxil olub.
Marka
İkinci mərhələdə qaliblər münsiflər heyətinin qərarı əsasında müəyyən olunacaq.
Qeyd edək ki, ötən il ölkəmiz qeyd edilən müsabiqədə 3-cü yerə yüksəlib.
Xatırladaq ki, bu mövzuda Zəngəzur Milli Parkında yaşayan nadir növ Qafqaz bəbiri (Panthera Pardus Ciscaucasica), Muflon (Ovis Orientalis) və Cənubi Qafqaz kərtənkələciyinə (Eremias Pleskei) həsr edilmiş poçt markaları artıq dövriyyəyə buraxılıb.