RUSİYA

Rusiyada partlayış baş verib, ölən və yaralananlar var

Partlayış zamanı binanın divarı qismən çöküb, 2 nəfər ölüb, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb. Ölənlərdən biri yetkin, digəri uşaqdır.
Sputnik
BAKI, 11 sentyabr - Sputnik. Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərinin Solidarnost kəndində ikimərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib. 
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, partlayış zamanı binanın divarı qismən çöküb, 2 nəfər ölüb, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb. Ölənlərdən biri yetkin, digəri uşaqdır.
“Moskva vaxtı ilə saat 03:40-a olan məlumata görə, partlayış zamanı 7 nəfər xəsarət alıb, onlardan biri sonradan ölüb. Bir uşaq da ölmüş vəziyyətdə çıxarılıb. Dağıntılar altında qalacağı ehtimal olunan 2 nəfərin axtarışları davam etdirilir”, - deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.