RUSİYA

Putin Moskvanı təriflədi

Putinin sözlərinə görə, son zamanalar tez-tez fəxrlə Moskvanın digər aqlomerasiyalarla müqayisədə öz inkişaf indikatorları ilə çox yaxşı nəticələr göstərdiyini deyirlər.
Sputnik
BAKI, 11 sentyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Moskva meri Sergey Sobyaninin qəbulu zamanı önəmli açıqlamalar verib.
Sputnik Azərbaycan “RİA Novosti”yə istiadən xəbər verir ki, Putin pandemiya şəraitində Moskvanın yüksək inkişaf nəticələri göstərməsini təqdir edib. O bildirib ki, Moskva çox böyük aqlomerasiyadır:
“Biz bilirik ki, belə aqlomerasiyalarda həyat prosesləri necə çətindir. Son zamanalar biz tez-tez fəxrlə deyirik ki, Moskva digər aqlomerasiyalarla müqayisədə öz inkişaf indikatorları ilə çox yaxşı nəticələr göstərir”. Öz növbəsində Sobyanin də Moskvadakı ekoloji vəziyyətlə bağlı məlumat verib. Mer qeyd edib ki, hər il Moskvanın ekoloji göstəriciləri yaxşılaşır. Onun sözlərinə görə, bunun əsas səbəbləri yaşıllıqların artırılması, yeni nəqliyyat siyasətinin tətbiqidir.
Paytaxt meri Sergey Sobyanin də öz növbəsində Moskvadakı ekoloji vəziyyətin hər il durmadan yaxşılaşdığını, bunun ekoloji sənayeye keçiddən, yeni nəqliyyat siyasətindən və kütləvi yaşıllıqların salınmasından təsirləndiyini deyib. 
"Ümumiyyətlə, böyük şəhərlərin pis ekologiyaya məhkum olduğuna inanılır və hesab edilir ki, şəhər nə qədər böyükdürsə, ətraf mühit də o qədər pisdir. Əslində müasir şəhərlər bu tendensiyanı poza bilər. Nəyin hesabına? Sənayenin ekoloji cəhətdən təmiz olması hesabına", - deyə Moskva meri bildirib. 
O, prezidentə birlikdə Moskva neft emalı zavodunun yeni korpusunu, yeni texnoloji xətləri açdıqlarını xatırladaraq deyib:
"Onlar həm əvvəlki qoxuların, həm də tullantıların 99% -ni aradan qaldırdılar və zavodu modernləşdirməyə davam edirlər. Həmin zavod əvvəllər şəhərin havasını ən çox çirkləndirənlərdən biri idi. Üstəlik, şəhər kanalizasiya təmizləyici qurğularının yenidən qurulması da vacib mövzudur".