Prezident Administrasiyasında yeni təyinat baş verib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin sabiq müavini Prezident Administrasiyasında Qeyri-hökumət təşkilatları və Kommunikasiya şöbəsinə sektor müdiri təyin edilib.
Sputnik
BAKI, 11 sentyabr - Sputnik. Prezident Administrasiyasında Qeyri-hökumət təşkilatları və Kommunikasiya şöbəsinə yeni sektor müdiri təyinatı olub.
Sputnik Azərbaycan xəbər verir ki, şöbənin Rəqəmsal media ilə iş sektoruna Elmir Vəlizadə müdir təyin edilib.
Qeyd edək ki, Elmir Vəlizadə bundan öncə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində çalışıb.