Kəlbəcərə getmək istəyən vətəndaşlarımız saxlanıldı

DİN işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə icazəsiz və nəzarət postlarından kənar yolarla keçməyə cəhd göstərən şəxsləri saxlayıb.
Sputnik
BAKI, 11 sentyabr - Sputnik. Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yolarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumaat görə, sentyabrın 9-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən Natiq Hümbətov, Marif, Aftandil və Anar İsmayılovları saxlayıb.
Onlarla polis şöbəsində profilaktiki söhbətlər aparılıb. Mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.
Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.