RUSİYA

Gəncədə yaşayan ruslar Dövlət Dumasına keçirlən seçkilərdə səs veriblər

Seçki məntəqəsi Gəncə və Qərb regionu üzrə Rus İcmasının yerləşdiyi binada yaradılıb və icma nümayəndələri seçkidə iştiraka dəvət ediliblər.
Sputnik
BAKI, 11 sentyabr - Sputnik. Rusiya Federasiyası Federal Məclisinin yeni çağırış Dövlət Dumasına deputat seçkisində Gəncədə yaşayan ruslar da iştirak edib.
Sputnik Azərbaycan xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti binasında yerləşən Gəncə və Qərb regionu üzrə Rus İcmasının ofisində yaradılan məntəqə səhər saat 08-00 seçicilərin səsverməsi üçün hazır vəziyyətə gətirilib.
Səsvermə üçün gələn rus vətəndaşlar pandemiya qaydalarına uyğun olaraq yoxlanıblar və daha sonra məntəqədə səsverməyə qatılıblar.
"Səsvermə prosesinin şəffaf və qanunauyğun şəkildə keçirilməsi üçün məntəqədə hər cür şərait yaradılıb. Gəncə və Qərb regionunda məskunlaşmış rus icmasının nümayəndələri olan seçicilər seçkiyə dəvət ediliblər. Proses normal qaydada gedir. Bu saata qədər hər hansı qayda pozuntusu qeydə alınmayıb", - deyə məntəqə seçki komissiyasının üzvləri bildiriblər.  
Qeyd edək ki, səsvermə saat 22-00 qədər davam edəcək.
1 / 5
2 / 5
3 / 5
4 / 5
5 / 5
Rusiyada Dumaya seçkilər
Rusiya Dövlət Dumasına seçkilər və digər seçki prosesləri sentyabrın 17-dən 19-dək keçiriləcək.
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova bildirib.
“Sentyabrın 17-19-da ölkədə vahid seçkilər günü elan olunub. Dövlət Dumasına seçkilər də bu günlərdə saat 08:00-dan 20:00-dək keçiriləcək. Seçkilərdə iştirak etmək hüququ olan 32 partiya siyahılarını iyulun 13-dək MSK-ya təqdim edib.”, - deyən E.Pamfilova qeyd edib ki, seçkilərin üç gündə keçirilməsi sanitar-epidemioloji vəziyyətlə bağlıdır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin sentyabrın 19-na təyin edilməsi barədə Fərman imzalayıb.
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması 5 il müddətinə formalaşdırılır. Palatada 225 yer partiya siyahılarına uyğun, 225 yer isə birmandatlı dairələr üzrə tutulur.