CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ümumi orta təhsil əsasında orta-ixtisas təhsili müəssisələrinə qəbul olunanların nəzərinə

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 8-də elan olunub.
Sputnik
BAKI, 10 sentyabr — Sputnik. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir. Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qəbul olunan şəxslər 2021-ci il sentyabrın 10-dən 23-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılan kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.
Qeyd edək ki, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
Boş qalan plan yerlərinə ixtisas seçimi isə qeydiyyat prosesi başa çatandan sonra aparılacaq.
Xatırladaq ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 8-də elan olunub.
Həmçinin oxuyun:
DİM növbəti imtahanın vaxtını açıqlayıb