BAKI, 10 sentyabr — Sputnik. Taliblərin Əfqanıstandan bu qədər az müddət ərzində hakimiyyətə gəlməsi dünyanın digər yerlərindəki terrorçu qruplaşmalarını ilhamlandıra bilər. RİA Novosti xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş mətbuat konfransında deyib.
"Mən dünyanın müxtəlif yerlərində gördüklərimizdən ciddi şəkildə narahatam. Talibanın* Əfqanıstanda qalib gəlməsi faktı dünyanın digər yerlərindəki terrorçu qruplaşmalarına ruh yüksəkliyi verə bilər. Hətta onlar Talibandan* fərqlənsələr də. Mən onların oxşar olduqlarını demirəm", - deyə Quterreş ABŞ-da 11 sentyabr terror aktından sonra dünyada terrorizmlə bağlı təhlükəsizliyin səviyyəsi ilə bağlı suala cavab verib.
*Rusiyada və digər ölkələrdə fəaliyyəti qadağan olunmuş terrorçu təşkilat
Həmçinin oxuyun: