CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metropolitenin işində qısamüddətli fasilə olub

Qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə arası yubanma olub.
Sputnik
BAKI, 10 sentyabr — Sputnik. Bu gün səhər saatlarında "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda nasazlıq müşahidə olunduğu üçün "Ulduz" stansiyasında, təlimatın tələblərinə uyğun olaraq, sərnişinlər düşürdülüb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Metropoliteninin mətbuat xidmətindən məlumat verilib.
Qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə arası yubanma olub.
Hal-hazırda metronun 28 may stansiyasında sərnişinlərin sıxlığı müşahidə olunur.