BAKI, 10 sentyabr — Sputnik. Əfqanıstanda Taliban* hərəkatı hakimiyyətə gəldikdən sonra dünyanın bütün ölkələri, eləcə də Rusiya narkotiklərin dövriyyəsi və terrorizm təhlükəsi ucbatından heç də əlverişli vəziyyətə düşməyiblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Ən azı, bizim hamımız bundan bir şey udmamışıq, çünki hazırda gündəlikdə duran əsas məsələ Əfqanıstanın narkotik təhlükəsinin mənbəyi olaraq qalıb-qalmayacağıdır. Oradan bütün dünyaya, eləcə də bizim ölkəmizə külli miqdarda tiryək alkaloidləri gəlir və bu bizim üçün daha vacibdir. Vacib olan Əfqanıstanın terrorçu qruplaşmalarının özlərini rahat hiss etdikləri ölkə olaraq qalıb-qalmayacağıdır", - deyə Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, nə qədər ki, bu cür təhlükələr mövcuddur, bu, heç bir ölkənin mənafeyinə uyğun deyil.