CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göyçayda yeniyetmə uzun müddət Rusiyada həbsdə olmuş şəxsi qətlə yetirib

Hadisədən sonra İsmayıl Babazadə şübhəli şəxs qismində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Sputnik
BAKI, 10 sentyabr — Sputnik. Göyçayda 16 yaşlı yeniyetmə uzun müddət Rusiyada həbsdə olan 53 yaşlı kişini qətlə yetirib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisə səhər saat 5 radələrində Göyçay şəhərinin Xaqani küçəsində baş verib.
İlkin məlumatlara görə Göyçay rayon sakini 2005-ci il təvəllüdlü Babazadə İsmayıl Müşviq oğlu 1968-ci il təvəllüdlü Əliyev Əli Əlibala oğlunun yaşadığı evin qarşısında bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Ağır bədən xəsarətləri alan Ə.Əliyəv Göyçay rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Baş verən hadisədən sonra İsmayıl Babazadə şübhəli şəxs qismində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Qəltlin səbəbləri və təfərrüatları aparılan araşdırmaların sonunda bəlli olacaq.
Xatırladaq ki, qətlə yetirilən Göyçay rayon sakini 53 yaşlı Əli Əliyev subay olub. Bir vaxtlar törətdiyi cinayət üzündən Rusiyada 20 il həbs cəzası çəkib.