Pxenyanda KXDR-in yaranmasının 73 illiyinə həsr olunmuş gecə paradı keçirilib.
Parad ölkənin lideri Kim Çen In tərəfindən qəbul edilib. Tədbirdə kimyəvi müdafiə kostyumları geyinmiş və tibbi respiratorlar taxmış kolon da iştirak edib.
2013-cü ildən sonra ilk dəfə olaraq paradda ölkənin mülki müdafiə qüvvələrinin – Fəhlə-Kəndli Qırmızı Qvardiyasının nümayəndələri də paraddan keçiblər. Lakin xarici mətbu orqanlarının məlumatına əsasən, bu dəfə Şimali Koreya ballistik raketləri nümayiş etdirməyib.