İQTİSADİYYAT

Elxan Mikayılov: “Xırda təsərrüfatların əsas seqmenti daxili bazar olmalıdır”

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov bildirib ki, kiçik təsərrüfat sahibləri yeni şərtlər daxilində işləmək zərurətini başa düşməli və ona uyğunlaşmalıdırlar
Sputnik
Rusiyanın tətbiq etdiyi məhdudiyyət, son dövrlər idxalçı dövlətin qoyduğu şərtlər Azərbaycanın ixrac strategiyasına yenidən baxılma tələbi yaradıb. İxraca daha çox ixtisaslaşmış, formalaşmış təsərrüfatların məhsulları gedir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov bildirib.
E.Mikayılovun sözlərinə görə, kiçik təsərrüfat sahibləri yeni şərtlər daxilində işləmək zərurətini başa düşməli və ona uyğunlaşmalıdırlar: “Xırda təsərrüfatların əsas seqmenti isə daxili bazar olmalıdır. İnkişaf etmiş ölkələrdə xırda təsərrüfatların ixracı üçün xüsusi mexanizmlər mövcuddur və bu istiqamətdə də artıq ölkəmizdə müvafiq tədbirlər görülür. İlk növbədə kooperativləşmə genişlənməlidir. Artıq İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə bir sıra belə kooperativlər yaradılıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının federal xidmətindən həmin kooperativlərə icazə alınıb”.
Elxan Mikayılovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz