BAKI, 8 sentyabr — Sputnik. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Şarl Mişelin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.
Məlumatda bildirilir ki, tərəflər Əfqanıstandakı son durumu və baş verənlərin ümumilikdə regionuna təsirini müzakirə edib:
"Avropa İttifaqı və Rusiya regional sabitlikdə maraqlıdır", - deyə Ş.Mişel bildirib.
Mişel qeyd edib ki, o, Putinlə Azərbaycan-Ermənistan nizamlanmasının perspektivləri barədə fikir mübadiləsi aparıb:
"İnam və dialoqun möhkəmləndirilməsinə ehtiyac var", - deyə prezident vurğulayıb.
Aİ həmçinin prezidenti qurumun Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü də dəstəklədiyini vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Dağlıq Qarabağ üzrə razılaşmaların reallaşdırılması üzrə addımları barədə məlumatlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kemlin məlumat yayıb.
“Dağlıq Qarabağ ətrafında vəziyyət nəzərdən keçirilib. Şarl Mişelin xahişi ilə Rusiya prezidenti 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixində imzalanan üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi üçün atılan addımlar haqqında məlumat verdi”, - deyə məlumatda bildirilir.
Həmçinin oxuyun:
Şarl Mişel İlham Əliyevə zəng vurub: "Narahatıq"