SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Taliblər Rusiyanı Əfqanıstan hökumətinin andiçmə mərasiminə dəvət ediblər - mənbə

Hökuməti rəhbərinin müavini molla Əbdül Qəni Bəradər çərşənbə günü bir sıra digər ölkələrin nümayəndə heyətlərini də dəvət etmək üçün Qətərə yollanıb.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Taliban* hərəkatındakı mənbə bildirib ki, Əfqanıstanın yeni hökumətinin andiçmə mərasiminə Rusiya, Çin, Qətər, türkiyə, Pakistan və İran dəvət olunub.
"Rusiya, Çin, Qətər, Türkiyə, Pakistan və İran hazırda mərasimə dəvət olunublar", - deyə mənbə bildirib.
"Yeni keçid hökumətinin andiçmə mərasimi sentyabrın 11-ə təyin olunub", - deyə mənbə bildirib.
Məlumatda qeyd olunur ki, Əfqanıstan hökuməti rəhbərinin müavini molla Əbdül Qəni Bəradər çərşənbə günü bir sıra digər ölkələrin nümayəndə heyətlərini də dəvət etmək üçün Qətərə yollanıb.
Qeyd edək ki, yayılmış məlumatlara görə, Əfqanıstanın baş naziri vəzifəsini Molla Məhəmməd Həsən Axund icra edəcək.
Yeni hökumətdə xarici işlər naziri Molla Əmir Muttaki, daxili işlər naziri Siracuddin Haqqani, müdafiə naziri “Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid, kəşfiyyat naziri Molla Əbdülhaq Vasik, mədəniyyət və informasiya naziri isə Zəbihullah Mücahid olacaq.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı