VİDEO

Rusiyadan olan bloger rusiyalı Harley Quinn olmaq istəyir

Rusiyalı Anastasiya Priçinina komikslərin qəhrəmanı olan Harley Quinnə çevrilərək sosial şəbəkələrdə yüz minlərlə baxış toplayıb. Əvvəllər o, müəllim işləyib və heç vaxt cosplay ilə məşqul olmayıb.
Sputnik
İlk dəfə sosial şəbəkənin uşaqlar arasında populyarlığını öyrənmək üçün bir media təhsili konfransında iştirakı zamanı TikToku yükləyib.İndi Rusiyadan olan cosplayerin TikTokda 1,7 milyon, Instaqramda isə 127 min izləyicisi var.
Anastasiyanın sözlərinə görə, o, uşaqlıqdan yaradıcılıqla məşğul olmaq arzusunda olub, ancaq valideynlərinin məsləhəti ilə müəllim peşəsini seçib.
İndi cosplay onun üçün özünü ifadə etmə üsuluna çevrilib. Videolarında qız həmçinin "Disney" filmindəki fırıldaqçı Kruellaya da çevrilib. Anastasiyanın izləyiciləri onda başqa bir personajla da oxşarlıq tapıblar - "Resident Evil" filmindəki Elislə.