QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan: Ermənistan kommunikasiyaların açılmasında qətiyyətlidir

"Bakının Naxçıvanla da əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq".
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Ermənistan regionda kommunikasiyaların açılması məsələsində qətiyyətlidir. Sputik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.
Paşinyan xatırladıb ki, avqustun 24-ü parlamentdə 5 illik proqramı təqdim edərkən qeyd edib ki, qonşu ölkələrlə münasibətlərin nizamlanması və dərinləşdirilməsi Ermənistan hökumətinin əsas iş istiqamətlərindən biridir.
Onun sözlərinə görə, Ermənistan üçün Rusiya və İranla dəmiryolu əlaqəsinin qurulması olduqca önəmlidir. Bu məsələnin həlli üçün üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) müzakirələr aparılır.
"Bakının Naxçıvanla da əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq", - deyə Ermənistanın Baş naziri bildirib.
Paşinyan qeyd edib ki, Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi də olduqca önəmlidir:
"Bunun üçün lazımi şəraitin yaradılması üçün çalışmağa davam edirik".
Həmçinin oxuyun:
Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər - Azərbaycan lideri