RUSİYA

Moskva İranı MAQATE ilə əməkdaşlığı bərpa etməyə çağırır

"Biz İran tərəfini Tehrandan əlavə səylər tələb edən bu məsələdə lazımi anlayış göstərməyə çağırırıq"
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Moskva Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı bərpa etmək üçün lazımi anlayış nümayiş etdirməyə çağırır.
Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin müavini Sergey Ryabkov RİA Novosti-yə bildirib.
"Biz İran tərəfini Tehrandan əlavə səylər tələb edən bu məsələdə lazımi anlayış göstərməyə çağırırıq", - deyə nazir müavini qeyd edib.
Həmçinin oxuyun:
İran nüvə proqramı üzrə danışıqlarda iştirak edəcəkmi? – Sədrəddin Soltan şərh edir