BAKI, 8 sentyabr — Sputnik. Dördüncü Stokholm Beynəlxalq Moda Sərgisində (Stockholm International Fashion Fair) Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Qarabağ Azərbaycandır!" kolleksiyası videoformatda təqdim edilib.
Sputnik Azərbaycan xəbər verir ki, təqdimatdan əvvəl Gülnarə Xəlilova qonaqları salamlayaraq kolleksiyanın Azərbaycanın Vətən müharibəsindəki qələbəsi şərəfinə yaradıldığını söyləyib. Onun sözlərinə görə, kolleksiyadakı hər bir obraz Azərbaycanın işğaldan azad edilmiş şəhərlərinə həsr olunub.
Xatırladırıq ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları moda həftələrində və beynəlxalq tədbirlərdə Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Bolqarıstan və digər ölkələrdə uğurla təqdim olunub.
Qeyd edək ki, moda sərgisi çərçivəsində İsveç Milli Muzeyində və "Volvo Studio Stockholm"da ABŞ, İsveç, Serbiya, İspaniya, İtaliya, Tunis, BƏƏ, Mərakeş, Qazaxıstan, Küveyt, Argentina, Bruney, Kamboca, İndoneziya, Malayziya, Myanma, Laos, Filippin, Sinqapur, Tayland, Çin, Vyetnam və digər ölkələr dizaynerlərinin kolleksiyaları təqdim olunub.
Həmçinin oxuyun: