Ekspert: “Bir sıra ölkələr “Taliban”la* sıx əlaqələr quracaq”

Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, sonrakı mərhələdə beynəlxalq koalisiyanın Əfqanıstanda baş verənlərə hansısa formada reaksiyasını görə bilərik
Sputnik
Ötən ay Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban”* yeni hökumətin tərkibini elan edilməsinə hazırlığı başa çatdırıb.
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a bildirib ki, hal-hazırda görünən budur ki, beynəlxalq birlik Əfqanıstanda baş verənləri müşahidə etməklə məşğuldur: “Düşünmürəm ki, yaxın zamanda nə “Taliban”, nə də müqavimət hərəkatı Əfqanıstanda legitim hakimiyyət kimi tanınacaq. Görünən budur ki, bir sıra ölkələr “Taliban”la* sıx əlaqələr quracaq. Onların sırasında Pakistanın, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin adını çəkə bilərik. Sonrakı mərhələdə beynəlxalq koalisiyanın Əfqanıstanda baş verənlərə hansısa formada reaksiyasını görə bilərik. “Taliban”* mövqeləri güclü olsa da, ona qarşı müəyyən müqavimət ocaqları qalacaq. Amma indilikdə Əfqanıstanda “Taliban”* hərəkatına ciddi müqavimətin olacağını söyləmək çətindir”.
Vüqar Zifəroğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
*-Terror təşkilat, Rusiyada qadağan edilib.