CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda üç yeniyetmə vaksin olundu

Yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb edilir.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycanda dünən axşam saat 17:00-dan etibarən 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndinin vurulmasına başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Sağlamlıq Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilir ki, artıq dünən axşam saatlarından 3 yeniyetmə koronavirus əleyhinə vaksin olunub. Onlar xaricdə təhsil alan tələbə və xroniki xəstəlikləri olan yeniyetmələrdir. Vaksin olunan yeniyetmələrin səhhətində vaksinasiyadan sonra heç bir problem yaranmayıb.
Qeyd edək ki, istisna hallarda (xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlar) 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndinin vurulmasına başlanılıb. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb edilir.
Həmin şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Vaksinasiya mərkəzləşdirilmiş qaydada Bakı Sağlamlıq Mərkəzində aparılır.
Həmçinin oxuyun:
Xalq artisti: "Xəstəxanalara qaçmayın, orada da infeksiyalar var"