ELM

İşə qəbuldan narazı qalan müəllimlərə şans

Apellyasiya müsahibələri onlayn formatda "Microsoft Teams" platforması üzərindən təşkil olunur. Namizədlər elektron poçt ünvanlarına göndərilən link vasitəsi ilə müsahibələrə qoşulacaqlar.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Avqustun 18-26-sı tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi üçün bu gündən etibarən apellyasiya müsahibələrinə start verilir. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, 365 namizədin dəvət olunduğu apellyasiya müsahibələri 8-9 sentyabr tarixlərini əhatə edəcək.
Apellyasiya müsahibələri onlayn formatda "Microsoft Teams" platforması üzərindən təşkil olunur. Namizədlər elektron poçt ünvanlarına göndərilən link vasitəsi ilə müsahibələrə qoşulacaqlar. Qeyd edək ki, müsahibələrdə müsahibə komissiyası kimi yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlar iştirak edir.
Həmçinin oxuyun:
Diplomlu işsizlər- müəllim çox, iş yeri yox!