Təhsil naziri məktəblərdə əyani dərslərin başlayacağı tarixi açıqladı

Nazir deyib ki, 29 sentyabrdan etibarən ali və orta ixtisas təhsil müəssisələri ənənəvi təhsilə qayıdırlar. Pandemiya şəraiti nəzərə alınmaqla dərslər əyani şəkildə davam etdiriləcək
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Uzunmüddətli fasilədən sonra 22 sentyabr 1-4-cü siniflər, 29-sentyabr tarixindən 5-11-ci sinif şagirdləri əyani şəkildə məktəbə gedəcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məlumatı bu gün 2021-2022-ci tədris ilinin hansı formada təşkil olunacağı ilə bağlı keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir həmçinin bildirib ki, sentyabrın 29-dan ali və orta ixtisas müəssisələri də əyani təhsilə başlayacaq: "29 sentyabrdan etibarən ali və orta ixtisas təhsil müəssisələri ənənəvi təhsilə qayıdırlar. Pandemiya şəraiti nəzərə alınmaqla dərslər əyani şəkildə davam etdiriləcək".
Emin Əmrullayev onu da deyib ki, dərslər əyani formada, həftədə 5 dəfə, bəzi məktəblərdə 6 dəfə keçiriləcək.
Qeyd edək ki, bu gün keçirilən mətbuat konfransında təhsil naziri Emin Əmrullayev, nazirin müşaviri Rüstəm Ağayev və Nazirliyin şöbə müdiri Vəfa Yaqublu iştirak edirlər.