RUSİYA

Rusiyada partlayıcı maddə reseptlərini yayan saytların bloklanması üçün qanun hazırlanıb

Saytların bliklanması üçün məqalələrin dəyərləndirilməsi meyarları idarələrarası əmr çərçivəsində müəyyən olunacaq, layihənin icrası isə federal və regional büdcələrdən əlavə vəsaitin xərclənməsini tələb etməyəcək.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Rusiyada partlayıcı maddələrin "resept"lərini və silah hazırlanması üsullarını yayan saytların hüquq mühafizə orqanları tərəfindən bloklanmasına icazə verən qanun layihəsi hazırlanıb. Sputnik Azərbaycan RİA Novostiyə istinadən xəbər verir ki, müvafiq sənədin mətni federal normativ aktlar portalında dərc olunub.
"Qətnamə layihəsində DİN, FTX, Milli Qvardiya və Federal rabitə sahəsində nəzarət xidmətinə müvafiq informasiya növlərinin "Rusiyada yayılması qadağan olunan məlumatların yerləşdirildiyi İnternet səhifələrinin Vahid reyestrinə" daxil edilməsi səlahiyyətinin verilməsini nəzərdə tutur", - deyə qanun layihəsində izahatda deyilir.
Qeyd olunur ki, "müvafiq informasiya növləri" dedikdə partlayıcı maddələrin hazırlanması, habelə silahların qanunsuz hazırlanması və xüsusiyyətlərinin dəyişdirilməsi üsulları barədə İnternetdə yerləşdirilən məlumatlar nəzərdə tutulur.
İzahat mtənində həmçinin bildirilir ki, saytların bloklanması üçün məqalələrin dəyərləndirilməsi meyarları idarələrarası əmr çərçivəsində müəyyən olunacaq, layihənin icrası isə federal və regional büdcələrdən əlavə vəsaitin xərclənməsini tələb etməyəcək.
Həmçinin oxuyun:
Rusiyada böyük əməliyyat, 30-dan çox terrorçu saxlanıldı