“Əgər Ermənistanda kimlərsə revanşla bağlı düşünəcəksə, bu, onların etdikləri növbəti tarixi xəta olmuş olacaq”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində bildirib.
Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a regiondan baş verənson prosesləri şərh edib.
O bildirib ki, Paşinyanın mövcud vəziyyəti görə-görə heç bir tədbir görməyə tələsməməsi onun ən böyük səhvidir: “Nə qədər ki, o baş verənlərə laqeyd olacaq, revanşist qüvvələr onun ətrafını ələ keçirəcək. Revanşist meyllər gücləndiyi halda bu adam hələ də mifik inqilabi proseslərdən danışır. Vaxt artıq Paşinyanın zərərinə işləyir. Paşinyanın qələbə eyforiyası hələ də davam edir, amma indi Ermənistanın vəziyyəti elədir ki, vaxtı boşa verə bilməz. Buna baxmayaraq terrorçu erməni dəstələri Qarabağda sabitliyi pozmağa cəhd edirlər. Azərbaycan təbii olaraq buna dözümlə yanaşmayacaq və lazımi tədbirlər görüləcək. Ermənistanın xilas yolu Azərbaycanla barışıqdan keçir”.
Tofiq Abbasovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz