CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvanda yoluxmurlar, Binəqədi isə hesabı itirib

Ölkə üzrə ən aşağı yoluxma Naxçıvan Muxtar Respublikasındadır - cəmi 0.4 faiz. Ən yüksək yoluxma isə Binəqədi rayonunda qeydə alınıb.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Bakıda COVID-19 virusuna yoluxma statistikası artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə koronavirusinfo.az saytında xəbər yayımlanıb. Paytaxtda yoluxma faizi 54.8 faizdən 54.6 faizə enib. Sonrakı yerlərdə 13.3 faizlə Abşeron, 1187 faizlə Aran, 6.9 faizlə Gəncə-Qazax, 3 faizlə Quba-Xaçmaz, 3.7 faizlə Şəki-Zaqatala, 2.6 faizlə Lənkəran, 2.4 faizlə Dağlıq Şirvan, 1.3 faizlə Yuxarı Qarabağ qərarlaşıb.
Ölkə üzrə ən aşağı yoluxma Naxçıvan Muxtar Respublikasındadır. Ötən statistikada Muxtar Respublikada yoluxma faizi 0.8 faiz olsa da, hazırda 0.4 faiz təşkil edir. Rəsmi məlumata görə, ölkə xaricində yoluxanların sayı 0.5 faizdən 0.4 faizədək azalıb.
Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır. Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 13.5 faiz, Yasamalda 11.8 faiz, Sabunçuda 11.7 faiz, Suraxanıda 8.3 faiz, Nərimanovda 7.9 faiz, Nəsimidə 7.7 faiz, Xəzərdə 7.5 faiz, Nizamidə 7.1 faiz, Səbaildə 4.9 faiz, Qaradağda 4.4 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.
Azərbaycanda COVID-19-a yoluxanlar arasında qadınlar üstünlük təşkil edir. Ölkədə koronavirusa yoluxanların 51 faizi qadınlar, 49 faizi kişilərdir.
Azərbaycanda vaksinasiya olunanların statistikası açıqlanıb. Koronavirusinfo.az-ın məlumatına görə, indiyədək əhalinin 43 faizi vaksinasiya olunub, 57 faizi isə prosesdən kənarda qalıb.