“Koronavirusun evdə müalicəsi birbaşa nəzarət altında olmalıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.
İnfeksionist bildirib ki, hər həkimə müalicə yazmaq üçün səlahiyyət verilməsi doğru deyil: “Bu infeksion xəstəlikdir və müalicəsi ilə infeksionist məşğul olmalıdır. Bu gün ginekoloq, stomotoloq, uroloq koronavirusa qarşı müalicə yazırlar. Belə mülicələr xəstələrin ağırlaşmasına gətirib çıxarır ki, bu da koronavirusla mübarizə aparan xəstəxanaları əlavə yük altına salır. Bütün xəstələrin müalicə üsulları eyni deyil, fərqlidir. Bəzən xəstələrə aidiyyatı olmayan müalicələr yazılır. Əlaqəsiz dərmanların qəbulu xəstələr üçün koronavirusdan da təhlükəlidir”.
Vüqar Cavadzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz