Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq

Emin Əmrullayeva deyib ki, təhsil işçiləri mütləq qaydada vaksin olunmalı, yaxud da müvafiq vahid əks göstəriş arayışını təqdim etməlidilər. Bu məsələdə hər hansı güzəştin edilməsini planlaşdırılmır.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Ali və orta ixtisas təhsili müəssisələində müxtəlif təşkilatı məsələlərlə bağlı qaydalar hazırlanıb ictimaiyyətə açıqlanacaq.  Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
O, bildirib ki, universitetlərdə mühazirələr 50-60 nəfərin iştirakı ilə keçirilə bilər: "Bəzi böyük saylı auditoriyalarda mühazirələrin əleyhinəyik. Bu barədə məsələ universitet rəhbərlikləri ilə danışılacaq".
Nazir onu da bildirib ki,ali təhsil müəssisələrində çalışan müəllimlər əks göstəriş yoxdursa mütləq şəkildə peyvənd olunmalıdır: "Təhsil işçiləri mütləq qaydada vaksin olunmalıdır. Yaxud da müvafiq vahid əks göstəriş arayışını təqdim etməlidilər. Bu məsələdə hər hansı güzəştin edilməsini planlaşdırmırıq. Bəzi müəllimlər var ki, vaksin vurdurmaqdan imtina edirlər". 
Qeyd edək ki, təhsil naziri bu gün 2021-2022-ci tədris ilinin hansı formada təşkil olunacağı ilə bağlı keçirdiyi brifinqdə şagirdlərin əyani şəkildə məktəbə gedəcəkləri tarixi açıqlayıb. O deyib ki, uzun fasilədən sonra 22 sentyabr 1-4-cü siniflər, 29-sentyabr tarixindən 5-11-ci sinif şagirdləri əyani şəkildə dərslərə qatılacaqlar.
Nazir həmçinin bildirib ki, sentyabrın 29-dan ali və orta ixtisas müəssisələri də əyani təhsilə başlayacaq: "29 sentyabrdan etibarən ali və orta ixtisas təhsil müəssisələri ənənəvi təhsilə qayıdırlar. Pandemiya şəraiti nəzərə alınmaqla dərslər əyani şəkildə davam etdiriləcək".
Emin Əmrullayev onu da deyib ki, dərslər əyani formada, həftədə 5 dəfə, bəzi məktəblərdə 6 dəfə keçiriləcək.
Həmçinin oxuyun:
* Təhsil naziri məktəblərdə əyani dərslərin başlayacağı tarixi açıqladı