CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 16-18 yaşlılara peyvənd vurdurmaq üçün valideynlərin razılığı tələb olunacaq

Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar qəbul edib.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə peyvənd vurdurmaq üçün valideynlərin razılığı tələb olunacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar qəbul edib. Qərara əsasən, 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.
Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq. Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndi vurulacaq.
Xatırladaq ki, hazırda ölkəmizdə əhalinin 18 yaşdan yuxarı koronavirus əleyhinə vaksinasiyası aparılır.
Həmçinin oxuyun:
Vaksinin əks təsiri ilə qarşılaşanların faizi də az deyil - SORĞU
Ölkə xaricində yaşayanlar da Azərbaycandan saxta vaksin sənədi alıb