BAKI, 6 sentyabr — Sputnik. Pəncşirdəki müqavimət cəbhəsinin lideri Əhməd Məsud təhlükəsiz vəziyyətdədir və tezlikə xalqa müarciət edəcək. Bunu Əfqsanıstan Milli Müqavimət Cəbhəsinin nümayəndəsi Əli Nəzəri "Twitter"-də yazıb. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər yayıb.
"Rəhbərim və qardaşım Əhməd Məsud təhlükəsiz vəziyyətdədir, tezliklə xalqa müraciət edəcək", – deyə o yazıb.
Qeyd edək ki, bu gün səhər saatlarına Pəncşir mücahidləri Talibanın* əyalati tamamilə ələ keçirdikləri ilə bağlı yaydığı bəyanatı təkzib edib və mübarizəni davam etdirəcəklərini bildiriblər.
"Müqavimət cəbhəsinin gücləri bütün vadi boyunca ən strateji mövqelərdə qərar tutublar. Biz Əfqanıstan xalqını əmin edirik ki, taliblər və onların havadarlarına qarşı mübarizə ədalət və azadlıq zəfər çalana kimi davam etdiriləcək", – deyə müqavimət hərəkatının "Twitter" hesabında bildirilib.
Xatırladaq ki, avqust ayında Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir. Bu ərazidə səhra komandiri Əhməd Məsudun rəhbərliyi altında taliblərə qarşı müqavimət göstərən qüvvələr toplaşıblar.
Sentybarın 4-də Taliban Pəncşirin dörd rayonunu – Şutal, Ənnəba, Paryan və Hinc – nəzarət altına aldığını və əyalətinin mərkəzinə doğru irəlilədiyini bəyan etmişdi. Bu gün səhər saatlarında isə artıq Pəncşirin tamamilə taliblərə təslim olduğu bildirilmişdi.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı