BAKI, 6 sentyabr — Sputnik. Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov vəzifəsindən azad olunub.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, o, öz ərizəsi ilə işindən ayrılıb.
Nazirlikdən bildirilib ki, hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, Nadir Azər oğlu Zeynalov 1976-cı ildə Bakıda anadan olub. O, daha öncə Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışıb.
Xatırladaq ki, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Nadir Zeynalov 2019-cu ilin 28 fevralında Səhiyyə Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyin edilmişdi.