CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Samir Şərifov "Şöhrət" ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışan S.Şərifov eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.
Sputnik
 
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev maliyyə naziri Samir Rauf oğlu Şərifovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam içmzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov "Şöhrət" ordeni ilə təltif edilsin".
Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. Evlidir, üç övladı var.
1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.
1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası) iqtisadçı,
1991–1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifəsində çalışıb.
1995–2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor,
2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru,
2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri işləyib.
2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışır.
Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.
Həmçinin oxuyun:
Prezidentdən Fərəh Əliyeva ilə bağlı sərəncam