CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentdən Fərəh Əliyeva ilə bağlı sərəncam

 F.Əliyeva Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fərəh Şirməmməd qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, F.Əliyeva Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir. Sentyabrın 7-də onun 60 yaşı tamam olur.