SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Ermənistan üzərinə götürdüyü öhdəlikləri faktiki olaraq yerinə yetirmir”

Politoloq İqor Korotçenko deyib ki, üçtərəfli Bəyannamə hüquqi cəhətdən məcburi bir sənəddir, tamamilə qanuni, aydın və ardıcıl bir sülh mexanizmidir
Sputnik
“2020 -ci ilin 9 Noyabrında imzalanmış üçtərəfli bəyanat Azərbaycanın qələbəsini, Ermənistanın təslim olmasını və Rusiyanın vasitəçilik missiyasını qeyd etməklə ikinci Qarabağ müharibəsinin finalını göstərir”. Bunu Sputnik Azərbaycan-a 9 Noyabr bəyanatının 300 günü ilə bağlı danışarkən politoloq İqor Korotçenko deyib.
O bildirib ki, təəssüf ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri faktiki olaraq yerinə yetirmir: “Bölgədə sülh və təhlükəsizlik istiqamətində heç bir konkret addımlar və irəliləyiş yoxdur. Üçtərəfli Bəyannamə hüquqi cəhətdən məcburi bir sənəddir, tamamilə qanuni, aydın və ardıcıl bir sülh mexanizmidir. Ermənistan gec -tez üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaq. Burada söhbət Qarabağdan qanunsuz silahlı erməni birləşmələrinin çıxarılmasından, Zəngəzur dəhlizinin bərpasından, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyasından gedir. Cənubi Qafqazda sülhə, əməkdaşlığa və inkişafa alternativ yoxdur”.
İqor Kortoçenkonun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz