“Türkiyə ilə Ermənistan sərhədlərinin açılması məsələsi var, amma bunun üçün Azərbaycanın ərazi bütövlüyü tanınmalı, sərhədlərin delimitasiya və demarkasiyası başa çatdırıldıqdan sonra bu məsələyə qayıtmaq olar”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
Millət vəkili qeyd edib ki, bu gün Zəngəzur dəhlizi və digər kommunikasiyaların bərpa edilməsi ilk növbədə Ermənistanın özü üçün faydalıdır: “Bu addımlar atıldıqdan sonra Türkiyə ilə sərhədlərin açılması məsələsinə baxıla bilər. Ermənistanın daxili auditoriyasındakı radikal qüvvələr sərhədlərin açılması ilə bağlı bəyanata sərt münasibət göstərdilər. Ermənistan gələcəkdə bir dövlət kimi məhv olmaq istəmirsə, Paşinyanın dediyi kimi adekvat addımlar atılmalıdır”.
Qeyd edək ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası maksimum tez başlamalı olduğunu bildirmişdi.
Arzu Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz