Sabah Bakı və Abşeronda hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-31° isti olacaq.
Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Dəniz suyunun temperaturu- Şimal çimərliklərində Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba 24-25° isti, cənub çimərliklərində Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.