BAKI, 5 sentyabr — Sputnik. Xankəndi sakinləri hələ də içməli su qıtlığından əziyyət çəkirlər. Rus qoşunlarının komandanlığı şəhərdəki su təchizatı problemini həll etməkdə hələ də acizdir.
Bu barədə Sputnik Ermənistan-a "Vodokanal" şirkətinin direktoru Qagik Poqosyan bildirib.
O qeyd edib ki, susuz qalan Xankəndi sakinlərinə rus sülhməramlılarının köməyi ilə su avtomobillərlə çatdırılır.
Poqosyanın sözlərinə görə, Xankəndini qidalandıran çaylardan biri tamamilə quruyub, digər ikisi indi saniyədə 10 litr su verir. Əvvəllər 95-100 litr verən digər çaydan indi 30 litr su götürmək olur.
"Su olmayan yerlərdə, çoxmənzilli binaların və fərdi evlərin yaxınlığında 26 polietilen çən yerləşdirdik. Bu çənləri 24 saat doldururuq ki, əhali oradan su götürə bilsin", - Poqosyan deyib.
Onun sözlərinə görə, su təchizatı yalnız yağışlar başlayanda bərpa olunacaq. Poqosyanın fikrincə, son 30 il ərzində bu qədər uzun, 53 gün davam edən yağış yağmayan bir dövr olmayıb.