BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağın hava qapısı” adlandırdığı Füzuli Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsi də fəaliyyət göstərəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin əməkdaşı, polkovnik-leytenant Rəşad Məşədiyev bildirib.
R. Məşədiyev deyib ki, hava limanında sərhəd nəzarətinin etibarlı təşkili məqsədilə yaradılan sərhəd-nəzarəti bölməsinin müvafiq texniki vasitələrlə və peşəkar heyətlə komplektləşdirilməsi üzrə DSX tərəfindən zəruri işlər görülür:
“Azərbaycan sərhədçiləri Füzuli Beynəlxalq Hava Limanında da xidməti vəzifələrini şərəflə yerinə yetirəcəklər”.
Həmçinin oxuyun:
* Qarabağın hava qapısı: Bu gün Füzuli hava limanına ilk sınaq uçuşu olacaq