VİDEO

Vilnüsdəki Rusiya imperiyasi dövrünə aid həbsxana mədəniyyət mərkəzinə çevrildi

Vilnüsdəki Rusiya imperiyasi dövrünə aid həbsxana mədəniyyət mərkəzinə çevrildi.Ətraflı videoda izləyə bilərsiniz.
Sputnik
Həbsxana binasında yenidənqurma işləri aparılıb, ancaq zamanın ruhu və yerin özü dəyişməz olaraq qalıb: dəhlizlər, həbsxana otaqlarının cızılmış divarları və hətta kilsə orijinal formada qorunub saxlanılıb.
Həbsxana 1905-ci ildən sonra Rusiya imperiyasında millətçilərin və inqilabçıların təqiblərə məruz qaldıqları zaman çar repressiyalarının şahidi olub, Birinci Dünya müharibəsi zamanı isə alman işğal rejimi həbsxanadan siyasi fəalları həbs edərək saxlamaq üçün istifadə ediblər.
2019-cu ildə məhkumların saxlanma şəraitinin pis olması səbəbindən həbsxananı bağlamaq qərarına gəliblər. Bina Vilnüsün mərkəzində, Litva parlamentinin, həmçinin kitabxana, məktəb və uşaq bağçasının yaxınlığında yerləşir.
Burada ekskursiyalar keçirilir, açıq səma altında sərgilər və konsertlər təşkil olunur. Həmçinin, əsl həbsxana otaqlarında rəssamlar və digər sənətçilər üçün emalatxanalar və yaşayış yerləri təchiz edilib.