HADİSƏ

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

"Qəza nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzu edirik. Başın sağ olsun, qardaş Türkiyə!".
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Tekirdağ şəhərində qatarla mikroavtobusun toqquşması nəticəsində ölənlərin olması ilə bağlı Türkiyəyə başsağlığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, başsağlığında deyilir:
"Qardaş Türkiyənin Təkirdağ vilayətində yük qatarı və mikroavtobusun toqquşması xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzu edirik. Başın sağ olsun, qardaş Türkiyə!".
Bu gün günorta saatlarında Türkiyənin Təkirdağ rayonunun Ergənə ərazisində ağır yol qəzası baş verib. Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, dəmir yolu keçidində yük qatarının mikroavtobusa çırpılması nəticəsində 6 nəfər həyatını itirib, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə Ergene rayonunun Vəlimeşə məhəlləsi ərazisində baş verib. Ədirnədən İstanbula gedən yük qatarı keçiddə zavoda fəhlə daşıyan mikroavtobusla toqquşub. Yaralılar Çorlu və Çərkəzköy xəstəxanalarına çatdırılıblar. Qatar səfərləri bir müddətlik təxirə salınıb.
Türkiyə Dövlət Dəmiryolu İdarəsinin qəza ilə əlaqədar verdiyi açıqlamada, keçidin piyada və nəqliyyat vasitələrinin girişinə bağlı olduğu bildirilib.