BAKI, 3 sentyabr — Sputnik. ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə danışan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib ki, ən əsası dərslərin düzgün anlaşılması və real siyasətə dəyişikliklərin əlavə edilməsidir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya lideri Şərq İqtisadi Forumundakı çıxışında deyib.
"Bu Qərb hegemoniyasının sonudur? Məsələ burasındadır ki, bu dərslər başa düşülsün və real siyasətdə dəyişikliklər edilsin. Əfqanıstan barədə danışırlar: Biz ora girdik, xeyli sayda səhvlər etmişik. Eyni zamanda digər ölkələrdə eyni şeylər davam edir. Sanksiyalar – bu axı nədir? Bu, öz standartlarını sırımaq siyasətinin davamıdır", - deyə Putin bildirib.
O, vurğulayıb ki, söhbət yalnız Rusiyadan getmir, digər ölkələrdə - Asiya-Sakit Okean regionu, Latın Amerikası və "hər yerdə, bütün dünyada" gedir.
Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi.
Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
Həmçinin oxuyun: