BAKI, 3 sentyabr — Sputnik. Rusiya və Yaponiya əlaqələrin tam şəkildə normallaşmasında maraqlıdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Prezidenti Vladimir Putin bildirib.
"Həm Rusiya, həm də Yaponiya münasibətlərimizin tam normallaşmasında maraqlıdır, əməkdaşlığı inkişaf etdirməkdə qarşılıqlı strateji marağımızı nəzərdə tuturam. Biz həmişə beynəlxalq sənədlərdə əks olunan İkinci Dünya müharibəsinin nəticələrinə hörmət edilməsinin zəruriliyindən danışmışıq. Biz heç vaxt sülh müqaviləsi ilə bağlı dialoqdan imtina etməmişik, sabiq baş nazirlə bu işi 50-ci illərin məlum sənədləri əsasında qurmağa hazır olduğumuzu təsdiqləmişik. Yapon tərəfdaşlarımız mövqelərini daim dəyişirdilər", - deyə Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Şərq İqtisadi Forumu 2-4 sentyabr tarixlərində Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin kampusunda keçirilir.
Həmçinin oxuyun: