CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağ və Şərqi Zəngəzurda inşa olunan avtomobil yolları - XƏRİTƏ

Xəritə ümumi uzunluğu 665,4 km olan və hazırda tikilən 10 əsas avtomobil yolunu əhatə edir. Bundan əlavə, xəritədə digər avtomobil yolları da nəzərdə tutulub.
Sputnik
BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzurda inşa olunan avtomobil yollarının xəritəsini dərc edib.
Sputnik Azərbaycan AAYDA-ya istinadən xəbər verir ki, xəritə ümumi uzunluğu 665,4 km olan və hazırda tikilən 10 əsas avtomobil yolunu əhatə edir. Bundan əlavə, xəritədə digər avtomobil yolları da nəzərdə tutulub.
Qarabağ və Şərqi Zəngəzurda inşa olunan avtomobil yollarının xəritəsi
Xəritə "Zəfər" (101 km), Əhmədbəyli-Füzuli-Şuşa (81,6 km), Toğana-Kəlbəcər-İstisu (80,7 km), Kəlbəcər-Laçın (72,3 km ), Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd (123,8 km), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 km), Xudafərin-Qubadlı-Laçın (83 km), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 km), Füzuli-Hadrut (13 km), Bərdə-Ağdam ( 45 km) avtomobil yollarını əhatə edir.
Həmçinin oxuyun:
Dövlət başçısı və birinci xanım Füzuli Hava Limanında görülən işlərlə tanış olublar 
İlham Əliyev: Gələn il Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik