BAKI, 2 sentyabr — Sputnik. Əhalinin ölkənin Uzaq Şərq regionunu tərk etməsinin qarşısını almaq üçün bu günə qədər kifayət qədər işlər görülmür. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Əgər biz əhalinin çıxıb getməsini müşahidə ediriksə, deməli, nə qədər çox iş görülsə də, görülən tədbirlər kifayət deyil. Axın tempi azalıb, ancaq yenə də var. Əgər vəsiyyət bizim istədiyimiz kimi olsaydı, insanlar özləri üçün rahatlıq hiss etsəydilər, o zaman buradan getməz, əksinə, bura gələrdilər", - deyə Rusiya prezidenti Uzaq Şərqin inkişafı ilə bağlı müşavirədə bildirib.
Dövlət başçısı onu da qeyd edib ki, dövlətin qarşısında duran tarixi vəzifə təkcə insanların əsrlər boyu mənimsənilmiş ərazilərdə saxlanması deyil, həm də onların sayının artırılmasıdır.
Həmçinin oxuyun: