BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu ilin avqustun 31-nə Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 42,6 milyon dollar təşkil edib.
Avqust ayında valyuta ehtiyatları 546,1 milyon dollar artıb. İyulun sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 496,5 milyon dollar təşkil etmişdi.
Ötən ilin sonu ilə müqayisədə isə Mərkəzi Bankın valyuta ehtiyatları 673.2 milyon dollar artıb.
Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları son 1 ildə 8,6%, ilin əvvəli ilə müqayisədə isə 10,6% artıb.
Həmçinin oxuyun: